e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

321 Geri alınmış kapital (səhmlər)

Hesablar planının 32-ci hesabında geri alınmış kapital (səhmlər) barədə məlumatlar əks etdirir. Müəssisə səhmlərinin bir hissəsini sonradan yenidən buraxmaq məqsədilə geri aldıqda, onları ləğv etməməklə 321-ci hesabda uçota alınır. Bu səhmlər yenidən buraxıldıqda isə, onlar 321-ci hesabdan 311-ci hesaba köçürür.

Səhmlərin geri alınması səhmdar kapitalın azalmasına gətirib çıxardır. Geri alınmış səhmlər balansda "Geri alınmış kapital (səhmlər)" sətirində göstərilir və səhmdar kapitalın məbləğindən çıxılır.

Səhmlərin geri alınması və ehtiyatlara keçirilməsi müxtəlif məqsədlər ilə edilə bilər:

  • geri alınmış səhmlərin sonradan müəssisənin işçilərinə satılması;
  • səhmdar cəmiyyətin səhmlərinin bazar qiymətinin artırılması və stabilləşdirilməsi;
  • bir səhmə düşən gəlirin artırılması;
  • geri alınmış səhmlərin başqa müəssisələrin alınması üçün ödəniş kimi istifadə edilməsi;
  • müəssisənin başqa müəssisə tərəfindən satın alınmasının qarşısının alınması;
  • səhmlərin azalması nəticəsində divident ödənişlərinin azalması

Buraxılan səhmlərin növlərinə görə 321-ci hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 311-1 Emissiya gəliri - Adi səhmlər
  • 311-2 Emissiya gəliri - İmtiyazlı səhmlər

Misal. Müəssisə 150 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib və 5 manat nominal dəyərində olan 30 000 ədəd adi səhm buraxıb. Səhmlər satıldıqdan 1 il sonra, 5 000 ədədi nominal dəyər ilə geri alınıb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 150 000
2 Səhmlərin satılması - nominal dəyəri 223 "Bank hesablaşma hesabları" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 150 000
3 Səhmlərin nominal dəyər ilə geri alınması 321 "Geri alınmış kapital (səhmlər)" 223 "Bank hesablaşma hesabları" 25 000
4 Səhmlərin nominal dəyər ilə geri alınması 301 "Nominal (nizamnamə) kapital" 321 "Geri alınmış kapital (səhmlər)" 25 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.