e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

532 Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları

Təchiz olunmuş mallara və ya göstərilmiş xidmətlərə görə törəmə müəssisələrə hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan məbləğlər 20 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları" adlı 532 nömrəli hesabda göstərilir.

532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir.

532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları" hesabı üzrə ödənişlər hesabın debetində və müvafiq pul hesablarının kreditində əks olunur.

Misal. Müəssisə öz törəmə müəssisəsindən 29 500 manatlıq (ƏDV daxil) reklam xidməti gəbul edib. Xidmət haqqı bağlanmış müqaviləyə əsasən 1 il ərzində törəmə müəssisəyə ödəniləcək.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Törəmə müəssisəsindən xidmətlərin göstərilməsi 711 "Kommersiya xərcləri" 532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları" 25 000
2 Alınan xidmətlərin ƏDV-si . 241 "Əvəzləşdirilən ƏDV" 532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları" 4 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.