e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

432 Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

Təchiz olunmuş mallara və xidmətlərə görə törəmə müəssisələrə hesabat tarixindən sonra 12 aydan artıq dövrü əhatə edən müddət ərzində ödənilməli olan məbləğlər 20 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" adlı 432 nömrəli hesabda uçota alınmalıdır.

432 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir.

432 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" hesabı üzrə ödənişlər hesabın debetində və müvafiq pul hesablarının kreditində əks olunur.

Misal. Müəssisə öz törəmə müəssisəsindən 29 500 manatlıq (ƏDV daxil) reklam xidməti gəbul edib. Xidmət haqqı bağlanmış müqaviləyə əsasən 2 il ərzində törəmə müəssisəyə ödəniləcək.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Törəmə müəssisəsindən xidmətlərin göstərilməsi 711 "Kommersiya xərcləri" 432 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" 25 000
2 Alınan xidmətlərin ƏDV-si . 241 "Əvəzləşdirilən ƏDV" 432 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" 4 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.