e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

512 Qısamüddətli zəmanət öhdəlikləri

512 "Qısamüddətli zəmanət öhdəlikləri" hesabı satılmış malların zəmanətli təmirinə görə alıcılar qarşısında qısamüddətli öhdəlikləri (12 aydan az) ümumiləşdirmək üçün nəzərdə tutulub.

Qiymətləndirilmiş qısamüddətli zəmanət öhdəlikləri 711 "Kommersiya xərcləri" hesabın debetində və 512 "Qısamüddətli zəmanət öhdəlikləri" hesabının kreditində əks olunur. Xərclər faktiki olaraq çəkildikcə, müəyyən məbləğlər 512 "Qısamüddətli zəmanət öhdəlikləri" hesabından müvafiq hesabların debetinə silinir (202 "İstehsalat xərcləri", 205 "Mallar", 221 "Kassa" və s.).

Zəmanət müddəti bitdikdən sonra zəmanətə görə ehtiyatda qalan məbləğ mənfəətə aid edilir. Bu zaman 512 "Qısamüddətli zəmanət öhdəlikləri" hesabın debeti və 801 "Ümumi mənfəət (zərər)" hesabın krediti üzrə müxabirləşmələr edilir.

Misal. Müəssisə avtomobil akumulyatorlarının satışı ilə məşğuldur və satılmış akumulyatorlara 1 illik zəmanət verir. Zəmanət şərlətinə görə zəmanət müddətində akumulyator sıradan çıxarsa müəssisə onu pulsuz dəyişəcəyinə zəmanət verir. Keçmiş təcrübəyə əsasən satılan akumulyatorların 5% zəmanət ilə dəyişilməsi üçün geri qaytarılır. Akumulyatorların orta qiyməti 80 manatdır. İl ərzində 2 550 akumulyator satılmışdır. Və 90 ədəd akumulyator müştərilər qaytarmışdır və müəssisə onları dəyişdirmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Qısamüddətli zəmanət öhdəliyinin yaradılması (2 550*5%*80 = 10 200) 711 "Kommersiya xərcləri" 512 "Qısamüddətli zəmanət öhdəlikləri" 10 200
2 Zəmanət ilə akumulyatorların dəyişdirilməsi. 512 "Qısamüddətli zəmanət öhdəlikləri" 205 "Mallar" 7 200


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.