e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

721 İnzibati xərclər

721 "İnzibati xərclər" hesabı istehsal prosesləri ilə bilavasitə əlaqəsi olmayan təsərrüfat və idarəetmə xərcləri haqqında məlumatları əks etdirmək üçün nəzərdə tutulubdur. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 721-1 №li "İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərcləri";
  • 721-2 №li "İnzibati işçi heyəti üzrə xərclər";
  • 721-3 №li "İnzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları";
  • 721-4 №li "İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri";
  • 721-5 №li "İnzibati məqsədlərlə bağlı digər xərclər".

Bu hesabda əsasən aşağıdakı xərclər əks etdirilə bilər:

  • inzibati-idarə xərcləri;
  • istehsal prosesləri ilə əlaqəsi olmayan inzibati heyətinin saxlanılması üzrə xərclər;
  • inzibati və idarəetmə təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və tam bərpası üçün amortizasiya ayırmaları;
  • inzibati təyinatlı binalara görə icarə haqqı;
  • məlumat, məsləhət və audit xidmətlərinin ödənilməsi üzrə xərclər və bu kimi oxşar təyinatlar üzrə digər xərclər.
İnzibati xərclər 721-ci hesabın debetində toplanır. Bu xərclər ikili yazılış olaraq eyni zamanda da istehsalat ehtiyatları, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar, digər müəssisələrlə hesablaşmalar və başqa hesabların kreditindən əks edilir.

721 "İnzibati xərclər" hesabında uçota alınmış xərclər hesabat dövrünün sonunda 601 "Satış" hesabının debetinə silinir.

N Əməliyyatın məzmunu Debet Kredit
1 İnzibati binanın təmirinə sərf edilən tikinti materialları 721 "İnzibati xərclər" 201 "Xammal və materiallar"
2 İnzibati binanın amortizasiyasının hesablanması 721 "İnzibati xərclər" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"
3 İdarəetmə və inzibati işçilərinin əmək haqqısı hesablanır 721 "İnzibati xərclər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
4 İdarəetmə və inzibati işçilərinin əmək haqqısına uyğun sosial sığorta haqqı hesablanır 721 "İnzibati xərclər" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
5 Ofis binasının icarə haqqısı 721 "İnzibati xərclər" 535 "İcarə üzrə qısamüddətli kreditor borcları"
6 İnzibatı xərclər hesabının hesabat dövrünün sonuna bağlanması 601 "Satış" 721 "İnzibati xərclər"


Yazı sonuncu dəfə 2018-08-15 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.