e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

811 Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) pay

Müəssisə asılı müəssisələrə malik olarsa və ya birgə müəssisənin bir hissəsidirsə, o zaman əldə olunan hər hansı mənfəət (zərər) hissəsi asılı müəssisədə 20 N-li Milli Mühasibat Uçotu Standartına, birgə müəssisədə isə 21 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay" adlı 811 nömrəli hesabın kreditində (debetində) göstərilir.

Misal. 01.01.2017-ci il tarixində A şirkəti B şirkətinin adi səhmlərində 1 000 000 manat dəyərində 40% iştirak payını almışdır və həmin tarixdən B şirkətinin Direktorlar Şürasında nümayəndəliyini təmin etmək üçün A şirkəti öz səsvermə hüququndan istifadə etmişdir.

B şirkəti 2017-ci ilin hesabatlarında vergiqoymadan sonrakı mənfəətinin 400 000 manat olduğunu göstərmişdir. Bu məbləğdən 100 000 manat divident kimi payçılar arasında bölüşdürülmüşdür. A şirkətinə 40 000 manat divident verilmişdir.

İndi isə bu əməliyyatlara əsasən müxabirləşmələr edək

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 A şirkəti B şirkətinin 40% səhmlərini alır 151 "Asılı müəssisələrə investisiyalar" 223 "Bank hesablaşma hesabları" 1 000 000
2 A şirkəti 2017-ci ilin sonunda B şirkətinin mənfəətinin 40% öz hesabatlarında əks etdirir 400 000*40%=160 000 151 "Asılı müəssisələrə investisiyalar" 811 "Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) pay" 160 000
3 A şirkəti B şirkətindən divident alır 223 "Bank hesablaşma hesabları" 151 "Asılı müəssisələrə investisiyalar" 40 000
Beləliklə A müəssisəsinin balansında asılı müəssisələrə investisiyalar 2017-ci il üzrə aşağıdakı kimi əks olunacaq:

Asılı müəssisələrə investisiyalar
A müəssisəsinin payına düşən B müəssisəsinin mənfəəti
Verilmiş dividendlər
______________________________
Asılı müəssisələrə investisiyalar ilin sonunda

1 000 000
160 000
(40 000)
__________
1 120 000
Mənfəət və zərər haqqında hesabatda A şirkəti B şirkətinin mənfəətindən onun payına düşən 160 000 manatı mənfəət kimi göstəriləcəkdir.


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.