e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

142 Təbii sərvətlər - Tükənməsi

142 "Təbii sərvətlər - Tükənməsi" hesabı təbii sərvətlərin kəşfiyyatı və qiymətləndirilməsinə çəkilən xərclərin amortizasiyası aparılır.

Misal üçün, əgər mineral yatağı 15 il müddətində istismar olunacaqsa, bu zaman, "Təbii sərvətlər - Dəyər" hesabında toplanan məbləğ 15 il müddətində xərclərə və ya çıxarılan mineralların maya dəyərinə aid ediləcək.

Müxabirləşmələr aşağıdakı kimi olacaq:

N Əməliyyatın məzmunu Debet Kredit
1 Aparılan kəşfiyyat və qiymətləndirmə işlərinin dəyəri amortizasiya olunur
1.1 Kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası xərclərə silinir 202 "İstehsalat xərclər" 142 "Təbii sərvətlər - Tükənməsi"
1.2 Kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası çıxarılmış mineralların maya dəyərinə aid edilir 204 "Hazır məhsul" 142 "Təbii sərvətlər - Tükənməsi"


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.