e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mülki-hüquq müqaviləsi

Müəssisənin daxilində lazımi mütəxəssis olmadıqda, və ya hər-hansı bir işin görülməsi müəssisə üçün çətin olduqda, kənar fiziki şəxslər ilə mülki-hüquq müqaviləsi bağlamaq mümkündür. Həmin şəxslər fərdi sahibkar kimi qeydiyyatdan keçiblərsə gəlir vergisi və sosial sığorta ödənişçləri onlar tərəfindən hesablanır və ödənilir. Müəssisə isə yalnız görülən işə görə məbləği ödəyir.

Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Mülki-hüququ müqavilələrin aşağıdakı növləri ola bilər:

  • Podrat müqaviləsi;
  • Xidmət müqaviləsi;
  • Tapşırıq müqaviləsi;
  • Agent müqaviləsi;
  • Müəlliflik müqaviləsi;
Bu müqavilələr AR Mülki Məcəlləsi ilə tənzimlənir.

Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, "Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər." Mülki Məcəlləyə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Yəni fiziki şəxs 18 yaşına çatdıqda Mülki-hüquq müqaviləsini imzalaya bilər.

Podrat müqaviləsi.

Xidmət müqaviləsinin tərərfləri - sifarişçi və podraçıdır.

Müqavilənin şərtlərinə görə podratçı müəyyən tarixə qədər müvafiq işləri görməlidir (misal üçün, yeni avadanlığın quraşdırılması, təmiri və s.). Görüləcək işlər müqavilədə ətraflı təsvir edilməlidir. Podratçı işi bitirib onu sifarişçiyə təhvil verməlidir. Sifarişçi isə işi gəbul edib onun haqqını ödəməlidir.

Podrat müqaviləsi yazılı formada və 2 nüsxədə hazırlanır. Bir nüsxə müəssisədə, digəri isə podratçıda qalır.

İş vaxtını (gündüz, axşam, istirahət günlə ri), iş qaydasını işçi (podratçı) özü müəyyən edir. O müəssisənin daxili nizam-intizamını artıq gözləmir. Əsas odur ki, sifariş vaxtında icra olunsun.

Sifarişin icra olunma tarixi podrat müqaviləsinin mühüm şərtlərindən birisidir. Əgər o müqavilədə müəyyən edilməyibsə, müqaviləni etibarlı hesab etmək olmaz.

Müqavilədə işlərin başlama və bitmə tarixləri qeyd edilir. Podratçı işləri hissə-hissə təhvil verə bilər. Bu zaman, müqavilədə ayrı-ayrı hissələrin təhvil verilmə tarixi qeyd edilməlidir. Bu tarixlər qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilərlər.

Podrat müqaviləsi imzalanandan sonra onda göstərilən tarixlər həm sifarişçi, həm də podratçı üçün mütələq hesab olunur. Onların pozulmasına görə hər iki tərəf məsuliyyət daşıyır. Podratçı işlərin gecikməsinə görə, sifarişçi onların gəbul edilməsinə və ödənişlərin vaxtında edilməsinə görə. Müqavilənin bu şərtinin pozulmasına görə ən yayılmış məsuliyyət növü - cərimədir. Adətən cərimənin işlərin dəyərinin müyyən fazindən hesablanması müqavilədə qeyd edilir.

İşlərin təhvil-təslim edilməsi "Təhvil-təslim aktı" ilə sənədləşdirilir. Akt sifarişçi və podratçı tərəfindən imzalanmalıdır. Bu akt əsasında sifarişçi podratçı ilə haqq-hesab aparır.

İşlərin dəyəri və podratçıya ödənişlərin edilməsi qaydası müqavilənin mühüm şərtlərindən biridir.

Müqavilədə sifarişçinin görülmüş işlərə görə ödəməyə razı olduğu müəyyən məbləğ göstərilməlidir. Bir çox hallarda sifarişçi işlər görülüb təhvil-təslib edildikdən sonra ödənişini edir. Lakin, öncədən ödəniş (avans) şərti də müqavilədə ola bilər.

Podratçı işlərin görülməsi ilə bağlı əlavə hər-hansı xərclər çəkəcəksə sifarişçi bu xərcləri ödəməyə borcludur. Bu cür xərclərin ödənilməsi qaydası və şərtləri müavilədə göstərilməlidir.

Görülmüş işlərin nəticəsi ilə sifarişçi razı deyilsə podratçı cərimə edillə bilər. Podrat müqaviləsində cərimənin məbəği qeyd edilir.

Müqaviləyə görə işlərin görülməsini podratçı özü yerinə yetirə bilər, və ya kənardan başqa şəxsləri cəlb edə bilər. Bu halda, bu şəxslər ilə bütün hesablaşmaları podratçı özü aparmalıdır.

Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu AR Mülki Məcəlləsində və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər AR Mülki Məcəlləsindən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Yazılı formada və 2 nüsxədə hazırlanır.

Xidmət müqaviləsi.

"Xidmət müqaviləsi"-nə əsasən vətəndaş müqavilədə qeyd edilən xidmətləri müəssisəyə göstərməlidir (misal üçün, maliyyə, hüquqi, informasiya, tibbi və s. xidmətlər). Müəssisə isə göstərilən xidmətlərin haqqını ödəməlidir.

"Xidmət müqaviləsi"-nə əsasən müəssisəyə sifarişçi deyilir, vətəndaşa isə icraçı.

"Xidmət müqaviləsi" yazılı formada və 2 nüsxədə hazırlanır. Bir nüsxə müəssisədə, digəri isə vətəndaşda qalır.

"Xidmət müqaviləsi" ilə işləyən işçilərə AR Əmək Məcəlləsinin müddəaları aid edilmir. Xidmət müqaviləsi bağlayan işçilər Əmək Məcəlləsinin onlara verilən hüquq və güzəştlərdən məhrum edilirlər.

Müqavilənin şərtlərinə görə xidmələr daimi və ya birdəfəlik formada göstərilə bilərlər. Misal üçün, müqavilədə hüquqi xidmətlərin daimi göstərilməsi, və ya məhkəmənin bitməsinə kimi göstərilməsi qeyd edilə bilər.

Ona diqqət etmək lazımdır ki, icraçı xidmətləri şəxsən göstərməlidir, sifarişçi isə xidmət haqqını müqavilədə göstərilən qayda və tarixlər ilə vaxtında ödəməlidir.

Xidmət haqqının ödənilmə qaydası müqavilədə qeyd edilir. İcraçı sifarişçinin günahından xidməti göstərə bilmirsə (misal üçün, hər-hansı vacib bir sənədin olmaması), sifarişçi müqavilədə qeyd edilən xidmət haqqını ona ödəməlidir.

Tərəflərin iradəsindən asılı olmayan səbəblərə görə icraçı xidmətləri göstərə bilmirsə, sifarişçi icraçıya onun bütün çəkdiyi xərclərini ödəməlidir (müqavilədə başqa şərtlər müəyyən edilməyibsə).

Xidmətlərin göstərilməsinin nəticəsi ikimi təhvil-təslim aktı tərtib edilir. Bu akt göstərilmiş xidmətlərin ödənilməsi üçün əsas sayılır.

Aktların hazırlanmasının tarixləri müqavilədə əks olunur. Onu hissə-hissə, işlər görüldükçə hazırlamaq, və ya bütün xidmətlərin göstərilməsindən sonra hazırlamaq olar.

Tapşırıq müqaviləsi.

"Tapşırıq müqaviləsinə" əsasən vətəndaş müəssisənin adından və onun vəsaiti hesabına bu və ya digər hərəkətləri yerinə yetirməyi öz öhdəsinə götürür.

"Tapşırıq müqaviləsinə" əsasən müəssisəyə vəkalət verən, vətəndaşa isə vəkalət alan deyilir.

"Tapşırıq müqaviləsi" yazılı formada və 2 nüsxədə hazırlanır. Bir nüsxə müəssisədə, digəri isə vəkalət alanda qalır.

"Tapşırıq müqaviləsi" vəkalətnamədə nəzərdə tutulan müddət bitənədək, və ya vəkalətnamədə nəzərdə tutulan tapşırığın icrası başa çatanadək qüvvədə qala bilər.

Müqavilə əsasında müəssisə tapşırığı yerinə yetirən vətəndaşa "Vəkalətnamə" verməlidir. Müqavilədə və vəkalətnamədə vəkalət alan tərəfindən müəssisənin adından görüləcək tapşırıqlar qeyd edilməlidir.

"Tapşırıq müqaviləsi" əsasında vəkalət alana verilən bütün əmlak (mal-materiallar, pul vəsaitləri, qiymətli kağızlar və s.) müəssisənin əmlakı sayılır.

Vəkalət verənin öhdəlikləri aşağıdakılardır:

  • vəkalət alanın çəkilən xərclərini ödəməlidir;
  • taşırığın yerinə yetirilməsi üçün lazım olan bütün vəsaitlər ilə vəkalət alanı təmin etməlidir;
  • müəyyən edilmiş müddətdə, qaydada və məbləğdə vəkalət alanın muzdunu ödəməlidir.
Tapşırığın yerinə yetirilməsi haqqı müqavilədə müəyyən edilmiş dəyişməz məbləğ ilə, və ya müəssisənin adından bağladığı əqdin dəyərinin müəyyən faizi miqdarında ola bilər.


Yazı sonuncu dəfə 2018-12-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.