e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əlavə məzuniyyətin verilməsi

AR Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyəti 2 hissədən ibarətdir: əsas və əlavə məzuniyyət. Əlavə məzuniyyət aşağıdakı hallarda verilir:

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası

Əsas məzuniyyət yalnız aşağıda müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir:

  • əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və
  • əmək stajına görə

İşçinin eyni vaxtda yuxarıda nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Misal.

İşçiyə 21 gün əsas, 2 gün əmək stajı, 6 gün əmək şəraitinə görə və 2 gün uşaqlı qadınların əlavə məzuniyyəti düşür. Beləliklə, işçinin 31 gün məzuniyyət günü vardır. Və işçi 31 günlük məzuniyyətə çıxmaq üçün ərizə ilə müraciət edibdir.

Lakin, AR Əmək Məcəlləsinin 136 maddəsinə görə işçiyə bu əlavə məzuniyyətlərdən əsas məzuniyyət ilə birlikdə yalnız 2 gün əmək stajına görə və ya 6 gün əmək şəraitinə görə olan əlavə məzuniyyətlərdən daha çox müddətlisi birləşdirilə bilər.

Beləliklə, işçi yalnız birinci dəfə: 21 + 6 = 27 günlük məzuniyyət götürə bilər. Qalan 2 gün əmək stajına görə və 2 gün uşaqlı qadınların əlavə məzuniyyətinə görə olan günləri əsas məzuniyyətə birləşməyəcək, və işçi, o məzuniyyət günlərini başqa vaxtda götürməlidir.

Qeyd:

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya(pul əvəzi) verilmir.

Lakin, əmək münasibətlərinə xitam verilmirsə, işçinin istəyi ilə ona istifadə etmədiyi əmək (əsas və əlavə) məzuniyyət günlərinə görə kompensasiya verilə bilər.



Yazı sonuncu dəfə 2019-04-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.