e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşçinin işdən kənar edilməsi

İşçinin işdən kənar edilməsinin məqsədi mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etməkdir. Bu işəgötürənin təşəbbüsü ilə həyata keçirilir və intizam tənbehi sayılmır.

İşəgötürən aşağıdakı hallarda işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:

  • işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;
  • ağır, zərərli və təhlükəli istehsalatlarda çalışan işçilər icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;
  • iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

İşdən kənar edimənin konkret dövrü qanunvericilikdə müəyyən edimləyib və qanunvericilik ilə müəyyən edilən səbəblər aradan qaldırıldıqda işçi yenidən işə başlaya bilər. İşçi işdən kənar eidldikdə əmək müqaviləsinə heç bir dəyişikliklər və ya xitam verilmir.

İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir.

Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. Boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

İşçinin işdən kənar edilməsi müəssisə rəhərinin əmri ilə sənədləşdirilir. Əmr aşağıdakı kimi hazırlana bilər:

İşçinin işdən kənar edilməsi əmrini yükləmək.

Müəssisə rəhbərinin əmri vacib sənəddir, lakin aşğıdakı sənədlər də tələb oluna bilər:

  • müəssisənin struktur bölməsinin rəhbərinin ərizəsi və ya xidməti məlumatı;
  • işçinin izahatı;
  • vəzifəli şəxsin tövsiyyəsi (əmək müfəttişinin, hakimin, tibbi inspektorun və s.)
  • tibbi müayinənin nəticəsi;
  • iş vaxtının tabel uçotu sənədi;
  • işçinin xüsusi vəziyyətini təsdiq edən və ən azı 2 şahidin iştirakı ilə hazırlanmış və imzalanmış akt;

İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:

  • töhmət vermək;
  • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
  • kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
  • əmək müqaviləsini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Normativ-hüquqi aktlar:

AR Əmək Məcəlləsi, Maddə 62, 186

Yazı sonuncu dəfə 2019-07-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.