e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Struktur bölmənin əsasnaməsi

Müəssisənin tərkibinə bir neçə bölmə daxildirsə, o zaman, struktur bölmənin hər biri üçün Əsasnamə hazırlanır. Əsasnamədə struktur bölmənin hüquqi statusu, məqsədləri, fuksiyası, hüququ və vəzifələri və məsuliyyəti müəyyən edilir.

Struktur bölmənin əsasnaməsinin məzmunu əsasən aşağıdakı hissələrdən ibarət olur:

  1. Ümumi müddəalar - burada struktur bölmənin hüquqi statusu, onun tabeçiliyi, bölmənin rəhbərinin vəzifəyə təyin edilməsi və azad edilməsi qaydası, bölmənin rəhbəri vəzifəsinə müəyyən edilən tələblər, rəhbər olmadıqda onun səlahiyyətlərinin digər şəxslərə həvalə edilməsi qaydası müəyyən edilir. Struktur bölmənin fəaliyyəti zamanı istifadə etdiyi hüquqi aktların və normativ sənədlərin siyahısı qeyd edilir;
  2. Struktur bölmənin fəaliyyət istiqamətləri - burada bölmənin işinin əsas istiqamətləri müəyyən edilir;
  3. Struktur bölmənin funksiyaları - burada bölmənin yerinə yetirdiyi istehsal-təsərrüfat əməliyyatları təsvir olunur;
  4. Struktur bölmənin hüquq və vəzifələri - burada struktur bölmənin qarşısına qoyulan məqsədlərə nail olmaq üçün onun hüququları və müəssisənin başqa bölmələri və digər müəssisələr qarşısında olan vəzifələri əks olunur.
  5. Struktur bölmənin məsuliyyəti - burada bölmə rəhbərinin struktur bölmə tərəfindən onun üzərinə qoyulmuş funksiyaların keyfiyyətsiz və vaxtında yerinə yetirilməməsinə görə, və ona həvalə edilmiş hüquqlardan istifadə edilməməsinə görə məsuliyyəti əks olunur. Məsuliyyət mövcud olan qanunvericiliyə görə müəyyən edilir.
  6. Struktur bölmənin qarşılıqlı əlaqələri və xidməti münasibətləri - burada müəssisənin fəaliyyəti zamanı yaranan istehsal-təsərrüfat, birgə işlərin görülməsi, sənədlərin razılaşdırılması və s. məsələlər üzrə struktur bölmənin digər bölmələr ilə əlaqələri və münasibətləri əks olunur.
  7. Struktur bölmənin fəaliyyətinin təşkili - burada bölmənin işinin aparılması qaydaları, bölmənin işinə nəzarətin və onun yoxlanılmasının aparılması qaydaları, onun təşkili və ləğv edilməsi qaydaları əks olunur.

Struktur bölmənin Əsasnaməsi bölmə rəhbəri tərəfindən hazırlanır və imzalanır, müəssisə rəhbərinin müavini, hüquqşunası və baş mühasibi ilə razılaşdırılır və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Struktur bölmənin Əsasnaməsinə dəyişikliklər yalnız müəssisə rəhbərinin müvafiq əmri əsasında edilir.

Struktur bölmənin Əsasnaməsini yükləmək.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-11-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.