e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi

Zay məhsulun hazırlanması zamanı əməyin ödəniməsi AR Əmək Məcəlləsinin 168--ci maddəsi ilə müəyyən edilir. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi zamanı aşağıdakı məsələlər nəzərə alınır:

  • məhsulun yararlılıq dərəcəsi;
  • zay istehsalın səbəbləri;
  • işçinin təqsiri üzündən olub-olmaması.

Zay o məhsula deylir ki, o müəyyən edilmmiş standartlardan kənarlaşma ilə istehsal edilib.

Zay məhsulun yaranma səbəbləri aşağıdakılar ola bilər:

  • işçinin təqsiri olmadan (misal üçün, materialdakı görünməyən çatışmazlıq üzündən)
  • işçinin təqsiri üzündən

İşçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün əmək haqqı azaldılmış qiymətlərlə ödənilir. Bu halda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.

Hazırlanan materialdakı görünməyən çatışmazlıq üzündən buraxılan zay məmulat, habelə işçinin təqsiri olmadan buraxılmış və texniki nəzarət orqanı tərəfindən qəbul edildikdən sonra aşkara çıxarılmış zay məhsul üçün həmin işçiyə yararlı məmulata bərabər miqdarda haqq verilir.

İşçinin təqsiri üzündən itehsal edilən zay məhsul - tam (təmirə yararsız) və ya qismən (təmirə qismən yararlı) ola bilər.

İşçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. Bundan başqa, işçinin səhlənkarlığı səbəbindən materialların, yarımfabrikatların və ya hazır məhsulların zay olması işəgötürənə vurulan ziyana görə işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. (AR Əmək MƏcəlləsi, Maddə: 198).

İşçinin təqsiri üzündən qismən zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı olaraq azaldılmış qiymətlərlə ödənilir.

Beləliklə, hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi işçinin təqsiri üzündən olub-olmamasından asılıdır.

Burada işçinin təqsiri dedikdə səhlənkarlıq səbəbindən və ya bilərəkdən daxili intizamın, vəzifə təlimatlarının pozulması və s. nəzərdə tutulur. İşəgötürənin təqsiri dedikdə normal əmək şəraitinin təmin edilməsi öhdəliyinin pozulması nəzərdə tutulur. AR Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən bəzi əmək şəraiti aşağıdakılardır

  • sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
  • işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
  • ...
Zay məhsulun yararlılıq dərəcəsi-ni müəyyən edərkən onun qalıq dəyəri və zayın aradan qaldırılması mümkünlüyü nəzərə alınmalıdır.

İşçi zay məhsulun buraxılması barədə işəgötürənə məlumat verməlidir.

Misal. Hazırlanan məhsul zay olduqda əmək haqqının hesablanması

Qayalı MMC-nin işçisi Məmmədov K.D. iyul ayında 100 əd hazır məhsul hazırlamışdır. Onlardan 30-nun istifadəyə yararlılıq dərəcəsi 80%- idi. İstehsal edilən bir məhsula görə işçiyə 5 AZN ödənilir.

Beləliklə, Məmmədovun iyul ayı üzrə əmək haqqısı olacaqdır:

(100 əd - 30 əd) * 5 AZN + 30 əd * 5 AZN * 80% = 470 AZN.

Zayın aradan qaldırılması, və, eyni zamanda, zay məhsullların silinməsi ilə bağlı xərclər təqsirkar işçinin əmək haqqısından tutula bilər. Zay məhsula görə işçinin əmək haqqısından tutulmalar bir aylıq orta əmək haqqı məbləğindən artıq ola bilməz.

Əmək haqqından tutulmaların aylıq məbləği işçiyə verilməli olan əmək haqqının 20%-dən artıq ola bilməz.

Maddə 167. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası

İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, faktiki olaraq yerinə yetirilmiş iş üçün haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.

Yazı sonuncu dəfə 2018-07-09 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.