e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək və icra intizamına tələblər

Əmək və icra intizamına olan əsas tələblər AR Əmək Məcəlləsinin VII bölməsində verilibdir.

AR Əmək Məcəlləsindən ələvə olaraq işçilər daxili normativ sənədlərdə əks olunan müəssisədaxili intizam qaydalarına da riayət etməlidirlər:

  • müəssisədaxili intizam qaydaları;
  • struktur bölmənin əsasmanəsi;
  • vəzifə təlimatları;
  • müəssisənin rəhbərliyinin əmrləri, göstərişləri və tapşırıqları.

Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Hər bir işçi əmək intizamına riayət etməlidir. Qəbul edilmiş intizam qaydalarına əsasən işçi:

  • əmək vəzifələrini yüksək səviyyədə və vicdanla yerinə yetirməli;
  • əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək (işə vaxtında gəlməli, iş günü ərzində müəyyən edilmmiş vaxt müddətində işdə olmalı, iş vaxtından səmərəli istifadə etməlidir);
  • müəyyən edilmiş iş vaxtı normalarına riayət etməlidir;
  • vəzifə təlimatlarında və əmək müqaviləsində olan müddəalara əməl edərək işləməldir;
  • əməyin təhlükəsizliyi normalarına əməl etməlidir;
  • müəssisə rəhbərliyinin əmrlərini, tapşırıqlarını və göstərişlərini vaxtında və dəqiq yerinə yetirməlidir;
  • işəgötürənin və başqa işçilərin əmlakına ehtiyatla yanaşmalı və onlara zərər vurmamalıdır.
İşəgötürən öz növbəsində elə bir şərait yaratmalıdır ki, işçilər müəssisədaxili intizam qaydalarına riayət edə bilsinlər:
  • müəssisənin düzgün işləməsini təmin etməlidir;
  • işçini əmək müqaviləsində nəzərdə tutulan və əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tələblərinə cavab verən iş yeri ilə təmin etməlidir;
  • işçilərini xammal, iş alətləri, materiallar, fasiləsiz iş ilə təmin etməlidir;


Yazı sonuncu dəfə 2018-08-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.