e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tikili və avadanlıqların təmirinin sənədləşdirilməsi

Müəssisəyə məxsus tikili və avadanlıqların vaxtaşıri təmirə ehtiyacı olur. Təmir cari və ya əsaslı ola bilər.

Əsaslı təmir nəticəsində tikili və avadanlıqların bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə tikili və avadanlıqların vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Tikili və avadanlıqların əsaslı və cari təmiri təsərrüfat üsulu və ya podrat üsulu ilə aparıla bilər.

Podrat üsulu ilə aparılan təmir işləri - sifarişçi (müəssisə) ilə razılaşdırılmış qiymətlər əsasında podratçılar (hüquqi və ya fiziki şəxslər) tərəfindən müvafiq sənədlərlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir.

Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri - müəssisənin öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümi xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir.

Tikili və avadanlıqlar əsaslı və cari təmirindən sonra, təmir üsulundan asılı olmayaraq, istismara gəbul edilməsi üçün sənədləşdirilməlidir.

Tikili və avadanlıqlarının təmirini sənədləşdirmək üçün qanunvericilikdə xüsusi forma nəzərdə tutulmayıb. Bu səbəbdən də, müəssisələr bu sənədi müstəqil hazırlaya bilərlər, lakin, sənəddə zəruri rekvizitlər olmalıdır. Əks halda sənədin hüquqi qüvvəsi olmayacaq.

Tikili və avadalılqarın təmirini "Təmir edilmiş əsas fondların Təhvil-Təslim Akt"-ı ilə sənədləşdirmək olar.

Mühasibat uçotunda təmir işlərinin aparılma tarixi aktın tərtib edilmə tarixi hesab edilir. Bu tarixdə tikili və avadanlığın ilkin dəyəri çəkilmiş kapital xərcləri məbləğində artır. Nəzərə almaq lazımdır ki, kapital təmirdən sonra tikili və avadanlıqların istismar müddəti arta bilər.

Yazı sonuncu dəfə 2018-10-06 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.