e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Valyuta hesabının açılması

Valyuta hesabı - xarici valyutalarda hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan hesabdır.

Rezident olan şəxslərə xarici valyutada bank hesablarının açılması üçün hesabın açılmasına dair ərizəhesablaşma hesabının açılması üçün tələb olunan sənədlər təqdim olunur.

Milli valyutada bank hesabı olan bankda xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə müvafiq olaraq vergi orqanı və Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur.

Onu da qeyd edək ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyəti çərçivəsində qeyri-rezident bankda və ya kredit təşkilatında hesab açarkən vergi orqanından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydləri özü aparmalı və bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etməlidir.

Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.