e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesablama cədvəli

Hesablama cədvəli müəssisənin hər-bir struktur bölməsi üzrə bir nüsxədə hazırlanır.

Hesablama cədvəli üçün "Forma N-1HC" forması nəzərdə tutulubdur.

Hesablama cədvəli müəssisənin rəhbəri, baş mühasibi və xəzinadarı imzalayırlar. Müəssisə rəhbərinin və baş mühasibin imzası olmasa cədvəl əsasında ödəniş aparıla bilməz.

Tarif dərəcələri bölməsi müəssisənin Ştat cədvəlində olan məlumatlar əsasında doldurulur.

İşlənilmiş gün(saat) bölməsi iş vaxtının uçotu tabelinin məlumatları əsasında doldurulur.

"Hesablama cədvəli"-nin saxlama müddəti 3 ildir, müəssisədə işçilərin Şəxsi hesabları olmadıqda - 75 il.

Hesablama cədvəlini yükləmək.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.