e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmlakın (qiymətlilərin) ləğvi aktı

Yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) balansdan silinməsi "Əmlakın (qiymətlilərin) ləğvi aktı (forma № 3Q) əsasında həyata keçirilir (aktın nümunəvi forması əlavə edilir).

Əmlakın (qiymətlilərin) ləğvi aktının başlığından yuxarı tərəfdə olan "Müəssisənin, idarənin, təşkilatın adı" rekvizitini göstərən xəttin üstündə həmin aktı təsdiq edən müəssisənin, idarənin adı, "təsdiq edirəm" rekvizitində isə təsdiq edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, imzası və aktın təsdiq olunduğu tarix göstərilir. Aktın başlığından aşağı tərəfdə olan "Müəssisənin, idarənin, təşkilatın adı" rekvizitini göstərən xəttin üstündə akt tərtib edilən müəssisənin, idarənin, təşkilatın adı göstərilir.

"Sədr" rekvizitində komissiyanın sədrinin vəzifəsi, soyadı, adı və atasının adı, onun ardınca sədr müavini, baş mühasibin soyadı, adı və atasının adı göstərilir.

"Üzvlər" rekvizitində ləğv komissiyasının bütün üzvlərinin vəzifəsi, soyadı, atasının adı göstərilir.

"Əmlakın (qiymətlilərin) adı və nişanələri" rekvizitində silinəcək əmlakın (qiymətlilərin) vahidinin və ya dəstinin adı və nişanələri (dəstə daxil olan komponentlərin adı, nişanələri, ölçüsü, rəngi, pasport göstəriciləri və s.) bir neçə sətrə yazılmaqla göstərilir.

"İstismar müddəti" rekvizitində istismara verildiyi tarix göstərilir.

"Ölçü vahidi" rekvizitində silinəcək əmlaka (qiymətliyə) uyğun ölçü vahidi göstərilir.

"Miqdar" rekvizitində silinəcək əmlakın (qiymətlinin) miqdarı göstərilir.

"Qiymət" rekvizitində silinən əmlakın vahidinin və ya dəstinin uçot qiyməti əks etdirilir.

"Məbləğ" rekvizitində "Qiymət" rekvizinin hasili göstərilir.

"Yararsızlığın səbəbi" rekvizitində baxış zamanı ləğv komissiyasının müəyyən etdiyi səbəblər (mühasibat təlimatları əsasında faktiki hesablanmış köhnəlmə məbləğini göstərməklə fiziki cəhətdən tam aşınması, mənəvi cəhətdən yararsız hala düş-məsi və satılmasının mümkünsüzlüyü, qanunvericiliklə müəyyən olunmuş qaydada günahkar şəxsləri müəyyən etmək mümkün olmadığı hallarda baxımsızlıqdan (səhlənkarlıqdan) fiziki cəhətdən yararsızlaşması, qəza zamanı sıradan çıxma halları, təbii fəlakətdən yararsızlaşması və s.) göstərilir.

Ləğv aktı müəssisənin rəhbəri və ya onun tabe olduğu baş idarənin rəhbərliyi tərəfindən təsdiq olunur.

Əsas vəsaitlər (fondlar) qəza və ya təbii fəlakət nəticəsində yararsız hala düşərkən hesabdan silinən zaman əmlakın (qiymətlilərin) ləğvi aktı təsdiq edildikdən sonra, ona baş vermiş qəza aktının təsdiq edilmiş surəti əlavə edilir. Bu aktda qəzanın baş vermə səbəbləri, günahkar şəxslər və digər təlimatlar əks etdirilir.

Əmlakın (qiymətlilərin) ləğvi aktı

Yazı sonuncu dəfə 2018-10-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.