e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ödəmə cədvəli

Ödəmə cədvəli müəssisənin hər-bir struktur bölməsi üzrə bir nüsxədə hazırlanır.

Ödəmə cədvəli üçün "Forma N-1ÖC" forması nəzərdə tutulubdur. Qeyd etmək lazımdır ki, ödəniləcək məbləğ bölməsində məbləğlər "Hesablama cədvəlində" ödəniləcək məbləğ sütününda olan məbləğlər ilə uyğun olmalıdır.

Pulları aldıqca işçilər imza bölməsində imza edirlər. Əgər əmək haqqı işçinin bank hesabına və ya bank kartına köçürüləcəksə "İmza" bölməsində "Bank kartına köçürülübdür" qeydi edilir.

Əmək haqqı hər-hansı bir səbəbdən işçiyə ödənilməyibsə "İmza" bölməsində "Deponentləşdirilib" qeydi edilir.

Cədvəlin sonunda cəmi ödənilən və deponentləşdirilən əmək haqqlarının məbləği yazılılr.

Ödəmə cədvəli müəssisənin rəhbəri, baş mühasibi və xəzinadarı imzalayırlar.

Cədvəldə əmək haqqının ödənilməsi üçün alınmış pullara görə tərtib edilən kassa məxaric orderinin rekvizitləri də qeyd edilə bilər.

"Ödəmə cədvəli"-nin saxlama müddəti 5 ildir.

Ödəmə cədvəlini yükləmək.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.