e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kadrlar Uçotunun Şəxsi Vərəqəsi

"Kadrlar Uçotunun Şəxsi vərəqəsi" forması qanunvericilikdə müəyyən edilməyib, və sərbəst formada tərtib edilə bilər. Lakin, bu sənəddə ilkin sənədlərdəki mütləq rekvizitlər olmalıdır.                  

Hər bir ilkin sənəddə zəruri olan rekvizitlər barədə bu keçiddən tanış ola bilərsiniz - Zəruri rekvizitlər

Kadrlar Uçotunun Şəxsi Vərəqəsi bir nüsxədə hər-bir işçi üçün tərtib edilir.

"Kadrlar Uçotunun Şəxsi Vərəqəsi" kadrlar şöbəsi işçisi tərəfindən, və ya bu iş həvalə edilmiş şəxs tərəfindən doldurulur. Kiçik müəssisələrdə, adətən, bu işlər ilə mühasib məşğul olur.

"Şəxsi vərəqə" doldurularkən aşağıdakı sənədlərin məlumatları istifadə edilir:

  • İşçinin işə gəbul əmri;
  • Əmək kitabçası;
  • Şəxsiyyət vəsiqəsi;
  • Hərbi bilet;
  • Təhsilin müəssisəsini bitirmə ilə bağlı diplom və ya təhsil ilə bağlı digər sənədlər;

Kadrlar Uçotunun Şəxsi Vərəqəsini buradan yükləyə bilərsiniz.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2019-07-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.