e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müəssisədə ehtiyatların uçotu

Adətən bütün mal-material ehtiyatları müəssisənin anbarına mədaxil edilir. Mal-material ehtiyatlarına daxil ola bilər:

  • xammal və materiallar;
  • müəssisənin öz istehsalı olan hazır məhsul;
  • mallar

Malların anbarda uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

Anbarda ehtiyatların uçotu bu işə müəssisə rəhbəri tərəfindən təyin edilmiş anbardar tərəfindən aparılır. Anbardar ilə tam maddi-məsuliyyət müqaviləsi bağlanılmalıdır.

Tam maddi məsuliyyət müqaviləsi yalnız 18 yaşına çatmış və mal-material ehtiyatları ilə birbaşa işləyən şəxslər ilə bağlanıla bilər.

Əgər işçi ilə tam maddi məsuliyyət müqaviləsi bağlanılmayıbsa, o zaman, işçidən dəymiş zərərin tam kompensasiyası tutula bilməz. Yalnız orta əmək haqqı miqdarında dəymiş zərərin kompensasiyası tutula bilər.

Yazı sonuncu dəfə 2018-11-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.