e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İş vaxtı tabeli

Vaxtamuzd əmək haqqı formasında əsas ilkin sənəd İş vaxtının uçot tabelidir (Forma N-1t). İş vaxtı tabelində işçilərin faktiki işlədikləri saat və günlər, üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları, iş vaxtından artıq işləmə, məzuniyyət, ezamiyyətlərin uçotu aparılır. İş vaxtının uçotu tabeli işçilərə əmək haqqının hesablanmasına əsas verir.

İş vaxtı tabeli buna məsul olan şəxs hazırlayır (misal üçün, tabelçi, mühasib, şöbə rəhbəri və s.).

Tabeldə, xüsusi olaraq, işə gəlməmə səbəbləri, natamam iş vaxtı rejimində iş, iş vaxtından artıq vaxtda iş qeyd edilir.

İşə gəlməmə səbəbləri barədə tabeldə qeydlər müvafiq sənədlər əsasında edilir (misal üçün, xəstəlik kağızı, dövlət işlərini görmə barədə arayış və s.).

Tabel bir nüsxədə hər bir ay üzrə hazırlanır.

Tabel iki üsul ilə aparıla bilər:

  • tabeldə bütün işə gəlmə və gəlməmə halları qeyd edilir;
  • tabeldə yalnız normal iş rejimindən kənarlaşmalar qeyd edilir (işə gəlməmə, gecikmə, xəstələnmə və s.)

Tabel onu hazırlayan əməkdaş (tabelçi, mühasib və s.) və müvafiq struktur bölmənin rəhbəri tərəfindən imzalanır.

Ayın sonunda tabel mühasibatlığa verilir.

İş vaxtı uçot tabelinin saxlanma müddəti 5 ildir.

İş vaxtının uçot tabelinin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:

İş vaxtının uçot tabelini yükləmək.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.