e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Daxili istehsaldan ehtiyatların daxil olması

Daxili istehsaldan ehtiyatlar ambara aşağıdakı hallarda daxil ola bilər:

  • emal edildikdən sonra yarımfabrikat şəklində;
  • hazır məhsul şəklində;
  • istifadə edilməmiş material və xammal qalıqları, və ya tullantılar və zay məhsul şəklində.

İstehsalı başa çatmış hazır məhsullar və yarımfabrikatlar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar "Hazır məhsulların təhvil-qəbul aktı" (Forma N HMTQA-1) ilə anbarın məsul şəxsinə təhvil verilir.

"Hazır məhsulların təhvil-qəbul aktı"nda məhsullar kəmiyyət ifadəsində əks olunur.

Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır.

Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən "Zay məhsullara dair akt" (Forma N ZMDA-1) tərtib edilir.

Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar "Zay məhsulların təhvil-qəbul aktı" (Forma N ZMDA-1) ilə anbarın məsul şəxsinə verilir.

Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

Yazı sonuncu dəfə 2019-02-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.