e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesablama-ödəmə cədvəli

Hesablama-ödəmə cədvəli müəssisənin hər-bir struktur bölməsi üzrə bir nüsxədə hazırlanır.

Hesablama-ödəmə cədvəli üçün "Forma N-1HÖC" forması nəzərdə tutulubdur.

Hesablama-ödəmə cədvəli müəssisənin rəhbəri, baş mühasibi və xəzinadar imzalayırlar. Müəssisə rəhbərinin və baş mühasibin imzası olmasa cədvəl əsasında ödəniş aparıla bilməz.

Cədvəlin sonunda ümumi ödənilmiş və deponent edilmiş əmək haqqının məbləği qeyd edilir.

Cədvəldə əmək haqqının ödənilməsi üçün alınmış pullara görə tərtib edilən kassa məxaric orderinin rekvizitləri də qeyd edilə bilər.

"Hesablama-ödəmə cədvəli"-nin saxlama müddəti 3 ildir, müəssisədə işçilərin Şəxsi hesabları olmadıqda - 75 il.

Hesablama-ödəmə cədvəlini yükləmək.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.