e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Son haqq-hesab vərəqi

Son haqq-hesab vərəqində mühasib işçiyə faktiki işlədiyi günlərə görə əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya və işdən azad edildiyinə görə işçiyə ödənilməli olan sair ödənişləri hesablamalıdır.

Vərəqin ön tərəfini insan qaynaqları şöbəsinin əməkdaşı və ya buna məsul olan şəxs, arxa tərəfini isə mühasib doldurur.

Son haqq-hesab vərəqi əsasında mühasib aşağıdakı müxabirləşmələri edəcəkdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əmək haqqının hesablanması 202, 721, 711 ... 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" -
2 Gəlir vergisinin tutulması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" -
3 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" -
4 Əmək haqqının kassadan ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 221 "Kassa" -
Son haqq-hesab vərəqi müvafiq yoxlamalardan sonra 5 il saxlanılmalıdır.

Son haqq-hesab vərəqi nümunəsini yükləmək.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.