e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ödəmə cədvəllərinin qeydiyyat jurnalı

Ödəmə cədvəllərinin qeydiyyat jurnalı bir illik tərtib edilir. Jurnalın hazırlanması və aparılması ilə ya müəssisənin arxiv şöbəsinin əməkdaşı, ya bu işi görməyə təyin edilmiş şəxs, və ya mühasib aparır.

Jurnalın 4-cü qrafasında cədvəl üzrə ödənilən pulların əsası qeyd edilir (misal üçün, əmək haqqı, mühafat, maddi yardım və s.).

Jurnalın 5-ci qrafasında cədvəl üzrə ödənilən pulların məbləği qeyd edilir.

Cədvəli arxivə saxlanmaya təhvil vermiş və təhvil almış şəxslər jurnalın 7 və 9-cu qrafalarında imza çəkirlər.

Ödəmə cədvəllərinin qeydiyyat jurnallarını saxlanma müddəti, sənədli təftişin tam başa çatması şərtilə, 3 ildir. Mübahisələr, fikir ayrılığı, istintaq və məhkəmə işləri zamanı son qərar qəbul edilənədək saxlanılır.

Ödəmə cədvəllərinin qeydiyyat jurnalını yükləmək.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.