e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesab-Faktura (İnvoys)

Satıcı alıcıya mallar göndərdikdə (işlər gördükdə, xidmətlər göstərdikdə) onların ödənilməsi üçün hesab-faktura göndərir. Alıcı ilə bağlanılan müqavilənin şərtlərinə görə hesab-faktura həm avansın alınması üçün, həm də mallar (işlər, xidmətlər) göndərildikdən sonra da göndərilə bilər.

Qanunvericilikdə hesab-faktura blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr hesab-faktura formasında ümumi qaydada sənədlərdə vacib olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər.

Hesab-faktura formasında satıcı və alıcının tam məlumatları, verilən malların (işlərin, xidmətlərin) ədədinin qiyməti, ödənişə olan əsas məbləğ, malların dəyərinə daxil olan vergilərin (ƏDV, aksiz) məbləği, satıcının bank rekvizitləri barədə məlumatlar tam açıqlamalıdır.

İnvoys (invoice) - beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onarın miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir. İnvoysun göndərilməsi o deməkdir ki, alıcının(sifarişçinin) aldığı mallara (işlərə, xidmətlərə) görə ödəniş etmək öhdəliyi var (avans ödənişlər istisna olmaqla).

İnvoys (invoice) yuxarıda qeyd etdilən hesab-faktura ilə mahiyyətcə eyni sənəddir.

İnvoysun əsas məqsədi göndərilən mallara görə ödənişin məbləğini göstərməkdir, lakin, eyni zamanda idxal-ixrac əməliyyatlarında bu sənəd, mallar ilə göndərilən qaimə kimi də istifadə edilə bilər. Bir çox ölkələrin gömrük xidmətlərinin tələbi ilə invoys (hesab-faktura) müəyyən edilmiş blanklarda hazırlanır. Bu sənəd bəzi hallarda, malların mənşəyini göstərən sertifikat kimi də gəbul oluna bilər və ya sertifikat ilə yanaşı istifadə edilə bilər.

Hesab-Faktura (invoys) 2 nüsxədə hazırlanır:

  • bir nüsxəsi ödəniş üçün alıcıya (sifarişçiyə) verilir;
  • ikinci nüsxəsi - mühasibatlığa verilir.

Hesab-Faktura mühasib və ya müəssisə rəhbəri tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən hazırlanır (misal üçün, satış şöbəsinin rəhbəri). Hesab-Faktura baş mühasib və müəssisə rəhbəri tərəfindən imzalanır.

Hesab-Fakturalar xronoloji qaydada tikilir və müəssisənin arxivində 5 il müddətində saxlanılmalıdır.

Hesab-Faktura və invoysun formasını buradan yükləyə bilərsiniz.

Hesab-Faktura

Proforma-invoys blankı

Kommersiya invoysu nümunəsi

İngilis dilində invoys blankı

Azərbaycan və İngilis dilində invoys blankı

Yazı sonuncu dəfə 2018-12-20 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.