e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tam maddi məsuliyyət müqaviləsi

İşçilər ilə tam maddi məsuliyyət müqaviləsi bağlanılarkən AR Əmək Məcəlləsinin bütün müddəaları nəzərə alınmalıdır.

Müqaviləyə əsasən xəzinadar kassada olan pul və qiymətlilərin saxlanılmasına və kassa sənədlərinin düzgün aparılmasına görə tam maddi məsuliyyət daşıyır.

Tam maddi məsuliyyət müqaviləsi istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də işçinin xəzinadarlıq əməliyyatlarını aparmaq öhdəliyi yaranıbsa, 18 yaşına çatmış işçilərlə yazılı formada bağlanıla bilər.

İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

Müqavilə 2 nüsxədə hazırlanır:

  • bir nüsxə xəzinadarda qalır;
  • ikinci nüsxə kadr xidmətinə və ya mühasibatlığa təhvil verilir.
Müəssisə tərəfindən müqavilə rəhbər və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.

Müqavilə müddəti bitəndən sonra müəssisənin arxivində 5 il müddətinə saxlanılmalıdır.

Tam maddi məsuliyyət haqqında müqavilənin nümunəsinə aşağıdakı linkdən baxa bilərsiniz.

Tam maddi məsuliyyət müqaviləsi

Normativ-hüquqi aktlar:

AR Əmək Məcəlləsi, Maddələr 200

Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.