e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi uçotu

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Vergi uçotu - ilkin sənədlərin məlumatlarına əsasən vergilər üzrə vergitutma bazasının müəyyən edilməsi üçün AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada təsərrüfat əməliyyatları haqqında informasiyanın qeyd edilməsi və ümumiləşdirilməsi sistemidir. Vergi uçotunun aparılması qaydası hər bir müəssisənin uçot siyasətində müəyyən edilir.

Vergi uçotu mühasibat uçotunun tərkib hissəsidir. Eyni zamanda, vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.

Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləsdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır.

Vergi uçotunun əsəs məqsədi müəssisədə baş vermiş hər bir təsərrüfat əməliyyatının vergi məqsədləri üçün necə uçota alınması barədə tam və düzgün məlumatların formalaşmasıdır.

Vergi uçotunun əsas funksiyaları aşagıdakılar hesab edilir:

  • ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq;
  • ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək;
  • vergi ödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;
  • düzgün və dəqiq vergi hesabatlarını formalasdırmaq;
  • vergi informasiyasının və vergi hesabatının formalaşdırılmasına nəzarət etmək.

Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi

Yazı sonuncu dəfə 2023-10-19 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.