Gəlir vergisindən güzəştlər
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
AR VM Maddə 13.2.34.
Muzdlu iş — əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs "işəgötürən", bu cür haqq isə "əmək haqqı" adlandırılır.
- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- müharibə əlillərinin;
- həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
(*Qeyd: Burada güzəşt İkinci dünya müharibəsi, Qarabağ müharibəsi və digər döyüş əməliyyatlarında həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) və övladlarına şamil edilir);
Misal
Dövlət sektorunda çalışan işçinin atası Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə həlak olub. İşçinin əmək haqqısı 780 manatdır. İşçinin əmək haqqısından tutulan gəlir vergisi aşağıdakı kimi hesablanacaq:
(780 - 400 - 200) * 14% = 25.20 AZN
*Qeyd: AR Vergi Məcəlləsi, Maddə 102.1.6 - Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, aldığı gəlirin 200 manat hissəsi vergidən azaddır.
|
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
Misal
Dövlət sektorunda çalışan Qarabağ müharibəsi veteranının 2018-ci ildə aylıq gəliri 850 AZN-dir. Belə olduqda, onun gəlir vergisi aşağıdakı kimi hesablanacaq:
(850 - 400 - 200) * 14% = 35 AZN
*Qeyd: AR Vergi Məcəlləsi, Maddə 102.1.6 - Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, aldığı gəlirin 200 manat hissəsi vergidən azaddır.
|
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Misal
ARDNŞ-də çalışan II qrup əlilinin 2018-ci ildə aylıq gəliri 1 500 AZN-dir. Belə olduqda, onun gəlir vergisi aşağıdakı kimi hesablanacaq:
(1 500 -200 - 200) * 14% = 154 AZN
*Qeyd: Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, aldığı gəlirin 200 manat hissəsi vergidən azaddır.
|
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
- həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
- 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
(*Qeyd: Burada güzəşt 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş döyüşçü olmayan digər şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) şamil edilir);
- Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
- daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
- məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
Misal
Məcburi köçkün müəllimin əməkhaqqı 450 manat təşkil edir. Gəlin indi onun alacağı əmək haqqını hesablayaq:
Gəlir vergisi – (450 - 200 - 100) = 150 * 14 faiz = 21 manat.
Sosial sığorta – 450 * 3 faiz = 13,5 manat.
Həmkarlar – 450 * 2 faiz = 9 manat
İşsizlikdən sığorta – 450 * 0.5 faiz = 2.25 manat
(450 – 21 – 13,5 – 9 - 2.25) = 404,25 manat.
Vergilər tutulduqdan sonra müəllimin əməkhaqqı 404,25 manat təşkil edir.
|
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər
Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkün hesab olunurlar.
Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar.
|
Fiziki şəxsin yuxarıda göstərilən güzəştlərin bir neçəsi üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı
verilir.
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.
Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.
Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.
Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
- təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
- dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
Misal
Azəriqaz ASC-də çalışan işçi Qarabağ müharibəsi zamanı həlak olmuş döyüşçünün dul arvadıdır. Eyni zamanda, o, II qrup əlildir və onun himayəsində 3 uşaq var. İşçinin 2018-ci ildə aylıq əmək haqqısı 900 AZN-dir.
AR Vergi Məcəlləsinin 102.2.5 maddəsinə əsasən işçinin vergi tutulan aylıq gəliri 400 AZN, 102.3-cü maddəsinə əsasən isə onun vergi tutulan aylıq gəliri 200 AZN azaldılmalıdır. Belə olduqda, məbləğcə ən böyük güzəşt məbləği tətbiq edilir. (AZ VM 102.7 maddəsi)
Eyni zamanda, himayəsində azı 3 uşaq olduğu üçün onun vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. (AZ VM 102.7 maddəsi bu halı əhatə etmir)
Belə olduqda, onun gəlir vergisi aşağıdakı kimi hesablanacaq:
(900 - 200 - 400 - 50) * 14% = 35 AZN
*Qeyd: Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, aldığı gəlirin 200 manat hissəsi vergidən azaddır.
|
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Misal
Qarabağ müharibəsi veteranı 01.09.2018-ci il tarixində işə gəbul olunub. Lakin, Qarabağ mühasibəsi veteranı olduğu barədə sənədləri yalnız 01.01.2019 tarixində müəssisənin kadrlar şöbəsinə təqdim edib. Belə olduqda, sentyabr-dekabr 2018-ci il dövrü üçün ona hesablanan və ödənilən əmək haqqısına güzəştlər tətbiq edilməyəcək.
Güzəşt 01.01.2019 tarixindən sonra işçiyə hesablanan əmək haqqısına tətbiq ediləcək.
Yazı sonuncu dəfə 2019-11-01 tarixində yenilənib.
|