Sadələşdirilmiş vergi: Ümumi fəaliyyətlərVergi ödəyiciləri I. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. II. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; Vergitutma obyekti I. Hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən (AR VM-nin 218 .4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Vergi dərəcəsi I. Sadələşdirilmiş vergi bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə hesablanır.
Misal.
İctimai iaşə fəaliyyəti ilə məşğul olan müəssisənin əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün may ayında 200.000 manatdan artıq olmuşdur. Müəssisəsi Bakı, Gəncə, Şəki, Quba və Səlyan şəhərlərində fəaliyyət göstərir. Müəssisə Bakı şəhərində qeydiyyatdadır. 2019-cu ilin ikinci rübü ərzində şəhərlər üzrə gəlirlər aşağıdakı kimi olmuşdur:
Bakı - 10 000 AZN
Belə olduqda, sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanacaq: (10 000 + 5 000 + 3 000 + 3 000 + 1 000) * 8% = 1 760 AZN. Azadolmalar və güzəştlər Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
Misal
Aşağıdakı fəaliyyətlər ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi fərqli qaydada hesablanır:
İstimai iaşə (kafe) fəaliyyyəti ilə məşğul olan fərdi sahibkarın rüblük gəliri 390 000 manat (250 000 nağd, 140 000 nağdsız) təşkil etmişdir. Sadələşdirilmiş vergi və ona tətbiq edilən güzəşt aşağıdaki kimi hesablanacaqdır: Sadələşdirilmiş vergi - güzəştsiz:
Sadələşdirilmiş vergiyə güzəştin tətbiqi: Nağdsız dövriyyənin xüsusi çəkisi:
Güzəşt: 31 200 (0.36 * 25%) = 2 808 manat Ödəniləcək sadələşdirilmiş vergi:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-24 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.