ƏDV-nin dərəcələriƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövri ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Bəzi işlərin görülməsi, xidmətlərin göstərilməsi və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. ƏDV-nin sıfır (0) dərəcəsi ilə tutulması. Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası AR Prezidenti tərəfindən müəyyən edilir. AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada təşkil edilən ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası AR Prezidentinin Fərmanı ilə müəyyən edilir. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını AR Prezidentinin müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki AR Vergi Məcəllənsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını AR Prezidentinin müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.
Misal
Fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 118 000 AZN (ƏDV daxil) məbləğində mənzil alıbdır. Həmin məbləğin ƏDV hissəsi 18 000 manat olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği olacaqdır: 18 000 AZN * 30% = 5 400 AZN
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-26 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.