ƏDV: Vergitutma bazasıVergi tutulan əməliyyatın və idxalın dəyəri. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla ) əsasında müəyyən edilir.
Misal
Tütün məmulatlarının istehsalı ilə məşğul olan "A" müəssisəsi "B" müəssisəsinə 45 000 AZN (ƏDV-siz) dəyərində tütün məhsulları satmışdır. Bu məhsullara hesablanan aksiz vergisi 3 500 AZN təşkil etmişdir. Belə olduqda, vergi tutulan əməliyyatın dəyəri 48 500 (45 000 + 3 500) təşkil edəcəkdir. Hesablanan ƏDV isə olacaqdır 48 500 * 18% = 8 730 AZN. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir İxracatçının malların idxalına yardımçı xarakter daşıyan işlər görməsi və ya xidmətlər göstərməsi malların idxalının bir hissəsi sayılır. Burada 2 şəxs nəzərdə tutulur, ixracatçı (Azərbaycana ixrac edən) və idxalçı. Yardımçı xarakter daşıyan işlər dedikdə ixracatçının malların daşınması, sığortası və s. ilə bağlı olan xəcrləri nəzərdə tutulur.
Misal
"A" müəssisəsi gömrük dəyəri 25 000 AZN olan aksizli mallar idxal etmişdir. Malların aksiz vergisi - 750 AZN, idxal gömrük rüsumu 3 250 AZN, gömrük yığımı 75 AZN təşkil etmişdir. Eyni zamanda, malı göndərən xarici müəssisə, müqavilə əsasında 2 400 AZN dəyərində olan, malların sığortalanması və nəqliyyat xərclərini də öz üzərinə götürübdür. Beləliklə, vergi tutulan idxalın dəyəri olacaqdır: 25 000 +750 + 3 250 + 75 + 2 400 = 31 475 AZN Hesablanan ƏDV isə olacaqdır: 31 475 * 18% = 5 665.5 AZN Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
Qeyd: Vergi Məcəlləsinin 164-cü və 165-ci maddələrində müvafiq olaraq ƏDV-dən azad edilən və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatların aparılması da nəzərdə tutulmuşdur.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 161, 162, 163, 171 Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası Yazı sonuncu dəfə 2023-10-26 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.