Gəlir vergisi: Vergitutma obyektiRezidentlərin gəlirləri Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi (təqvim) ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Misal.
Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur və cari ildə onun 14 000 AZN gəliri var. Bu gəliri əldə etmək üçün onun il ərzində 4 000 AZN xərci olub. Beləliklə, vergitutma obyekti, fiziki şəxsin illik gəliri çıxılsın bu gəlirləri əldə etmək üçün xərcləri - 10 000 AZN təşkil edir. Xüsusi notarius tərəfindən 1 ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Qeyri-rezidentlərin gəlirləri Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri müəyyən dövr ərzində Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasında fərqdir.
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.
Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.
Qeyd*: Azərbaycan Respublikası Hökuməti ilə digər hökumətlər arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaların 15-ci maddəsinə əsasən - ... Razılığa gələn Dövlətin rezidenti tərəfindən muzdlu işlə bağlı əldə olunan maaş, əməkhaqqı və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, muzdlu iş Razılığa gələn digər Dövlətdə həyata keçirilməsin. İştirak payı və ya səhmlərin təqdim edilməsindən yaranan gəlirlər Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə:
İştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə:
İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır.
Misal.
"AqroMaş" ASC-nin səhmdarlarından birisi ona 5 il məxsus olan 1 əd səhmini 350 000 manata 05.01.2019 tarixində satmışdır. "AqroMaş" ASC-nin nizamnamə kapitalı 1 000 000 manatdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 200 000 manat olan 5 səhmdən ibarətdir. Bundan başqa, "AqroMaş" ASC-nin 2018-ci ilin sonuna bölüşdürülməmiş mənfəəti 250 000 manat təşkil etmişdir. Səhmin satışından nə qədər gəlir vergisi hesablanacaqdır? İlk öncə müəssisənin xalis aktivləri müəyyən edilməlidir. Xalis aktivlər olacaqdır: Nizamnamə kapitalı + Bölüşdürülməmiş mənfəət = 1 000 000 + 250 000 = 1 250 000 Bundan sonra xalis aktivlərin səhmlərə mütənasib dəyərini tapaq: 1 250 000 / 5 ədəd = 250 000 manat Səhm satışından əldə edilən gəlir və gəlir vergisini hesablayaq: Səhm xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 100 000 manat yuxarı qiymətə satılmışdır (350 000 - 250 000). Belə olduqda, gəlir səhmin faktiki satış dəyəri ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır: 350 000 - 200 000 = 150 000 Səhm səhmdara artıq 5 il məxsus olduğu üçün əldə olunan gəlirlərin 50 faizi gəlir vergisindən azaddır. Gəlir vergisi olacaqdır 150 000 * 50% * 14% = 10 500 manat 2- ci variant. Səhmdar ona məxsus səhmi 200 000 manata satmışdır. Belə olduqda, səhm satışından əldə edilən gəlir və gəlir vergisini hesablayaq: Səhm xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 50 000 manat aşağı qiymətə satılmışdır (250 000 - 200 000). Belə olduqda, gəlir xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri ilə səhmin nominal dəyəri arasındakı fərq kimi hesablanır: 250 000 - 200 000 = 50 000 Səhm səhmdara artıq 5 il məxsus olduğu üçün əldə olunan gəlirlərin 50 faizi gəlir vergisindən azaddır. Gəlir vergisi olacaqdır 50 000 * 14% * 50% = 3 500 manat Bəzi gəlir növləri gəlir vergisindən azaddır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.