Torpaq vergisi: Vergi dərəcələriİlk öncə, qeyd etmək lazımdır ki, torpaq vergisinin dərəcələri torpaqların kateqoriyalarından asılıdır. Vergitutma məqsədləri üçün torpaqlar aşağıdakı kateqoriyalara bölünürlər:
Kənd təsərrüfatı təyinatlı olan torpaqlar
Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları AR Nazirlər Kabinetinin 29.12.2000-ci il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Misal.
Müəssisəsinin Qazax rayonunda II-ci keyfiyyət qrupuna aid olan 60 hektar əkin sahəsi və I-ci keyfiyyət qrupuna aid 50 hektar örüş sahəsi vardır. Müəssisənin torpaq vergisini hesablayaq: Qazax rayonunda II-ci keyfiyyət qrupuna aid olan əkin sahəsi altındakı torpaqların 1 hektarının şərti balı 45-dir. I-ci keyfiyyət qrupuna aid olan örüş sahəsi altındakı torpaqların 1 hektarının şərti balı isə 60-dir. Əkin sahəsinin torpaq vergisi - 60*45*0.06= 162 AZN Örüş sahəsinin torpaq vergisi * - 50*60/10*0.06= 18 AZN *Qeyd: Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir. Cəmi torpaq vergisi: 162 + 18 = 180 AZN Kənd təsərrüfatı təyinatlı olmayan torpaqlar Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.
Misal.
Müəssisənin Bakı və Sumqayıt şəhərlərində ticarət təyinatlı torpaqları var. Bakı şəhərində torpaq sahəsi - 3 000 kv.m., Sumqayıt şəhərində isə - 1 000 kv.m. Müəssisənin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır:
Misal.
Fiziki şəxsin Bakı şəhərində 10 sot həyətyanı sahəsi var. Bu 10 * 100 kv.m = 1 000 kv.m. edir. Fiziki şəxsin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır:
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar - bu tip torpaqların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar - bu tip torpaqların hüquqi rejimi torpaq və mənzil qanunvericiliyi aktları əsasında müəyyən edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-22 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.