Sadələşdirilmiş vergi: Sabit vergiSabit vergi - fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir. Sabit vergi ödəyiciləri və vergi dərəcələri. Aşağıdakı cədvəldə fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər sabit vergi ödəyiciləridir. Və sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
Yuxarıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin və sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
Misal
Fiziki şəxs Qax şəhərində saat təmiri xidməti göstərir. Belə olduqda, sadələşdirilmiş verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq: Sabit vergi = 10 (sabit məbləğ) * 0.5 (zona əmsalı) = 5 AZN Sabit vergi ödəyicilərinin qeydiyyatı. Sabit verginin ödəyicisi olan fiziki şəxs, əgər vergi orqanında uçota alınmamışdırsa, ilk növbədə qeydiyyatda olduğu ərazinin vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməli və VÖEN almalıdır. Fiziki şəxs yuxarıda qeyd olunan fəaliyyətə başlayanadək, vergi orqanından "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. Həmin qəbz yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" ala bilər "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"in forması AR Vergilər Nazirliyi tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirir:
"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisində saxlanılır. Sabit vergi ödəyiciləri ilə bağlı.
Sabit vergi ödəyiciləri vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir. Maliyyə sanksiyaları. "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:
Ciddi hesabat blanklarından istifadə Sabit verginin ödəyiciləri göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər. Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər. Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-25 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.