e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Aksiz vergisi: Verginin hesablanması. Elektron Qaimə-Faktura.

Respublikada istehsal olunan mallar üzrə vergi dərəcələri

                 
  • içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik içkilərə və elektron siqaretlər üçün mayeyə tətbiq edilən aksiz dərəcələri:

    içməli spirt(o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti;
    tərkibində 80 %- dən az spirt olan denaturlaşdırılmamış etil spirti)
    hər litrinə 4 manat
    araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları hər litrinə 4 manat
    konyak və konyak materialları hər litrinə 4 manat
    şampan şərabı hər litrinə 2,60 manat
    şərablar və şərab materialları hər litrinə 20 qəpik
    pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər hər litrinə 40 qəpik
    siqarilla (nazik siqarlar) - 1000 ədədinə 43,0 manat;
    tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri 1000 ədədinə 38,5 manat.
    energetik içkilər hər litrinə 3,1 manat
    siqarlar, o cümlədən ucları kəsilən siqarlar hər bir ədədinə 1,0 manat
    elektron siqaretlər üçün maye hər litrinə 100,0 manat
    tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 40 qəpik
    qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər hər kiloqramına 30,0 manat
    qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları 1000 ədədinə 14,0 manat
    birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər bir ədədinə 0,25 manat
    * Cədvəldə qeyd olunan mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.

  • neft məhsullarının 1 tonu üçün tətbiq edilən aksiz dərəcələri:

    Neft məhsullarının adıAksiz vergisinin dərəcəsi (faizlə)
    Avtomobil benzini Aİ-9564.00
    Avtomobil benzini Aİ-9242.00
    Avtomobil benzini Aİ-8066.00
    Dizel yanacağı18.00
    Ağ neft (KO-20)32.00
    Reaktiv mühərrik yanacağı9.00
    Nafta (ilkin emal benzini)13.00
    Maye qaz (butan-butilen və propan-propilen fraksiyası)22.00
    Qaz benzini37.00
    Mühərrik yanacağı DT-3624.00
    Mühərrik yanacağı DT-2031.00
    Soba mazutu3.00
    Mühərrik yağları - M-12VB, M-14V252.00
    Sənaye yağları İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ- 30V72.00
    Turbin yağları T-22, T-30, T-4639.00
    Transformator yağı T-150054.00
    Digər yağlar AK-15, S-11, XM-6, K-12, K-19,VM-456.00
    Kokslar KT-A, KT-T19.00
    Koks KT-Q18.00
    Bitum BN 60/90, BNB – 60/7011.00
    Bitum MQO34.00
    Bitum BNV, BNB–70/30, BNB–85/2531.00

  • minik avtomobilləri, istirahət və ya bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcəsi onların mühərrikinin həcminin hər kub santimetrinə görə 0 manat təşkil edir.

Respublikaya idxal olunan mallar üzrə vergi dərəcələri

  • avtobusların (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) və minik avtomobillərinin mühərrikinin həcminə mütənasib olaraq və istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə tətbiq edilən aksiz dərəcələri:
    Mühərrikin həcmiAksizin dərəcəsi
    Minik avtomobilləri:
    2 000 sm3-dək olduqdahər 1 sm3 0,30 manat
    3 000 sm3-dək olduqda600 manat + mühərrikin həcminin 2 001-3 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat
    4 000 sm3-dək olduqda5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat
    5 000 sm3-dək olduqda18 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat
    5 000 sm3-dən çox olduqda53 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 70 manat
    İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrMühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat
    mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə:
    - mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat
    - mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat
    - mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat
    Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
    * Avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla):
    4 000 sm3-dək olduqdahər 1 sm3 2 manat
    6 000 sm3-dək olduqda8000 manat + mühərrikin həcminin 4 001 - 6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
    8 000 sm3-dək olduqda16000 manat + mühərrikin həcminin 6 001 - 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat
    10 000 sm3-dək olduqda28 000 manat + mühərrikin həcminin 8001 - 10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
    10 000 sm3-dən çox olduqda44 000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat
    * Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz cədvəldə göstərilən dərəcələrə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.
  • idxal olunan platinin hər qramına görə - 4,0 manat;
  • idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
    1000 çəki vahidində qızılın miqdarıAksizin dərəcəsi
    3751.5 manat
    5002 manat
    5852.4 manat
    7503 manat
    9585 manat
    9996 manat
  • idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
    • almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;
    • almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
      Çəki (karat)Aksizin dərəcəsinin əmsalı
      < 1 karat400 manat * faktiki çəki
      1-2 karat2 * 400 manat * faktiki çəki
      2-3 karat3 * 400 manat * faktiki çəki
      3-4 karat4 * 400 manat * faktiki çəki
      4-5 karat5 * 400 manat * faktiki çəki
      >5 karat10 * 400 manat * faktiki çəki
    Misal.

    0.5 karatlıq (< 1 karat) almaza görə ödəniləcək aksiz:
    0.5 karat * 400 manat = 200 manat

    3.3 karatlıq almaza görə ödəniləcək aksiz:
    4 * 400 * 3.3 = 5 280 manat

    4.7 karatlıq almaza görə ödəniləcək aksiz:
    5 * 400 * 4.7 = 9 400 manat

  • idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi.
  • digər aksizli mallara tətbiq olunan aksiz dərəcələri Nazirlər Kabinetinin müvafiq Qərarları ilə tənzimlənir.

İxracın vergiyə cəlb edilməsi.

Malların ixracı — gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.

Aksizli malların ixracı 0 (sıfır) dərəcəsi ilə vergiyə cəlb olunur.

Təkrar ixrac zamanı aksizin qaytarılması.

Malların təkrar ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.

Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz malların idxal vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.

Elektron Qaimə-Faktura.

Aksizli malları göndərən vergi ödəyicisi malı qəbul edənə müvafiq qaydada tərtib olunmuş elektron qaimə-fakturasını verməlidir.

Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron qaimə-fakturası əvəzinə qəbz və ya çek də verilə bilər.

Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron qaimə-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər istehsal ehtiyacları üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və aparılan əvəzləşdirmə etibarsız hesab edilir

Yazı sonuncu dəfə 2022-02-06 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.