Sadələşdirilmiş vergi: Yaşayış, qeyri-yaşayış sahələri və torpaq sahələri satışıVergi ödəyiciləri Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, həmçinin torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki və hüquqi şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır:
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin bu şəxslərin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı mənzilin 30 kvadratmetrədək olan hissəsi üçün sadələşdirilmiş vergi hesablanmır.
Misal
Fiziki şəxs mülkiyyətində olan Bakı şəhərində yerləşən (2-ci zona) 2 il ərzində qeydiyyatda olduğu 75 kv.metr sahəsi olan evini digər bir fiziki şəxsə satır. Verilən şərtlərə əsasən, sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanacaq: (75 - 30) * 3 * 15 manat = 2 025 manat Vergitutma obyekti Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri, həmçinin torpaq sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin hesablanması və dərəcələri Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Hesablama zamanı, yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazıdən asılı olaraq, baza məbləği müvafiq zonaya aid əmsala vurulur. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə birinci zona üçün 4.0, ikinci zona üçün 3.0, üçüncü və dördüncü zonalar üçün 2.2, beşinci və altıncı zonalar üçün 1.8, yeddinci, səkkizinci və doqquzuncu zonalar üçün 1.5, onuncu, onbirinci və onikinci zonalar üçün 1.2. Tikilən bina Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə - 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, - 0.5 əmsalları tətbiq olunur. Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi əlavə olaraq 1.5 əmsalına vurulur. Torpaq sahələrinin təqdim edilməsi Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi aşağıda qeyd edilən torpaq sahələrinin
hər kvadratmetri üçün 0,5 manat olmaqla, aşağıdakı kimi hesablanır: Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi AR Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.
AR Vergi Məcəlləsi. Maddə 206.1-1.
206.1-1. AR Kənd Təsərrüfatı Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkan torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur. Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə AR Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq ("Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"), aşağıdakı əmsallar tətbiq olunur:
Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5; Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2; Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqları təqdim edən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsinin ikinci abzası ilə hesablanmış məbləğə Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində 1,5 əmsal, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsal, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsal və digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsal tətbiq edilməklə hesablanır. Sadələşdirilmiş verginin hesablanması və ödənilməsi Vergi notarius tərəfindən hesablanır və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir. Bir sözlə desək notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanması və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notarius daşıyır. Notarius vergi məbləğini birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutur. Notarius hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq AR Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Kalkulyatorlar Daşınmaz əmlak satışından verginin hesablanması kalkulyatoru
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 150.1.9, 218.4.3, 218.4.5, 219.3-1 Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri Yazı sonuncu dəfə 2023-10-24 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.