Gəlir vergisinin dərəcəsiMuzdlu işdən aylıq gəlirlər Neft-qaz sahəsi və dövlət sektoruna aid edilən vergi ödəyicilərində fiziki şəxslərin muzdlu işdən aylıq gəliri Neft-qaz sahəsində və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulur: Cədvəl 1
Misal.
Dövlət müəssisəsində çalışan işçinin aylıq hesablanmış əməkhaqqısı (GROSS) 741.83 manatdır. İşçinin əmək haqqısından 01.01.2019 tarixindən tutulmalar aşağıdakı qaydada aparılacaqdır:
İşçiyə ödəniləcək məbləğ olacaqdır: 741.83 - 75.86 - 22.25 - 3.71 = 640 manat Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur: Cədvəl 2
Misal.
"Qayalı" MMC-də çalışan işçinin aylıq hesablanmış əməkhaqqısı (GROSS) 741.83 manatdır. İşçinin əmək haqqısından 01.01.2019 tarixindən tutulmalar aşağıdakı qaydada aparılacaqdır:
İşçiyə ödəniləcək məbləğ olacaqdır: 741.83 - 0 - 60.18 - 3.71 = 677.94 manat İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Qeyd*:
Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları Aşağıdakı fiziki şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi yuxarıdakı cədvəllərə uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir:
Qeyri-sahibkarlıq fəaliyyəti Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Qeyri-sahibkarlıq fəaliyyətinə aiddir:
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Xüsusi notarius fəaliyyəti Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan 10 faiz dərəcə ilə vergi tutulur. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan)iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən(Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.
Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin malların təqdim edilməsindən əldə edilən gəlirlər AR Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" AR Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin aşağıda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur:
Bu vergi ödəmə mənbəyində malları gəbul edən şəxslər tərəfindən tutulur.
"Nağdsız hesablaşmalar haqqında" AR Qanununun 3.5-ci maddəsi
3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). Qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azaddır.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 101, 102.1.11 "Nağdsız hesablaşmalar haqqında" AR Qanunu, Maddə: 3.5 Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları Yazı sonuncu dəfə 2020-05-16 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.