Vergilərin müəyyən edilməsinin əsas şərtləriVergi kompleks iqtisadi-hüquqi məvhumdur, və onun tərkibində bir çox elementlər movcuddur. Verginin tərkibində müstəgil hüquqi mənası olan elementlərin vurğulanması vergi münasibətlərinə xüsusi diqqətin ayrılmasını göstərir. Ona görə verginin tutulmasını tənzimləyən qanunvericilik aktlarına yüksək tələblər qoyulur. AR Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:
Qeyd: Bu elementlərdən hər-hansı biri olmadıqda vergi qeyri-müəyyən hesab edilir və tutula bilməz. Vergi müəyyən edildikdə, AR Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-19 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.