Torpaq vergisi: Vergitutma obyektiFiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır və torpaq vergisi buna əsasən hesablanır. Bu zaman torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsas götürülür. Tikililərin və qurğuların altında qalan torpaqlara, obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə də torpaq vergisi hesablanıb ödənilməlidir. AR "Torpaq Məcəlləsi"-nin 4-cu maddəsinə əsasən, Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq sahəsi vergitutma obyekti sayılması üçün o:
Dövlət mülkiyyətində olan torpaq sahələri yalnız o zaman vergitutma obyekti sayıla bilər ki, onlar fiziki şəxslərin və ya müəssisələrin icarə və ya digər əsaslarla istifadəsinə verilmiş olsun. Vergi məqsədləri üçün torpaqlar kənd təsərrüfatlı və qeyri-kənd təsərrüfatlı təyinatlı torpaqlara ayrılır. AR Torpaq Məcəlləsinə əsasən: Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə
Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına)
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-22 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.