Mənfəət vergisi: Verginin dərəcələriMüəssisənin mənfəətindən 20% dərəcə ilə vergi tutulur. Qeyri-rezidentin daimi nümayəndəliklə bilavasitə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) ödəmə mənbəyində aşağıdakı dərəcələrlə vergi tutulur:
AR Vergi Məcəlləsi, 125.5-ci maddə
125.5. Mülki aviasiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən bu fəaliyyətin məqsədləri üçün Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərdən icarəyə və ya lizinqə (maliyyə lizinqi istisna olmaqla) götürülmüş hava gəmisinə və hava gəmisinin mühərrikinə görə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur və həmin gəlir vergiyə cəlb edilmir. Qeyri-rezidentin daimi nümayəndəliyinin Azərbaycan mənbəyindən alınan gəlirləri üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada geri qaytarıla bilər.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-11-10 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.