Fiziki şəxslərin əmlak vergisiAR ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə görə: Bina - insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və AR ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir. Qeydiyyat. Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir. Fiziki şəxsin hər bir əmlakı yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır. Fiziki şəxslərin əmlak vergisinin dərəcələri. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə AR Nazirlər Kabinetinin "AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir);
Misal.
Fiziki şəxsin Bakı şəhərində Atatürk Prospekti ilə Məmməd Araz küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 74 kv.metr olan yaşayış sahəsi vardır. AR Nazirlər Kabinetinin "AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə" Qərarında həmin yer 6-cı zonaya aid edilmiş və zona əmsalı 1 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kv.metrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır: (74 - 30) x 0,4 x 1 = 17.60 manat
Misal.
Fiziki şəxsin mülkiyyətində olan mənzilin ümumi sahəsi 28 kv.metrdir. Yaşayış mənzilinin sahəsi 30 kv.metrdən az olduğuna görə əmlak vergisi hesablanmır.
Misal.
Fiziki şəxsin Gəncə şəhərində mülkiyyətində olan binasının ümumi sahəsi 40 kv.metrdir. O, bu binadan ticarət faəiyyətinin göstərilməsi üçün istifadə edir. Bu zaman əmlak vergisi 30 kv.metr çıxılmadan (yaşayış sahəsi olmadığına görə) binanın bütün sahəsindən 12 manat (40 kv.metr x 0,3 manat) məbləğində hesablanır.
Misal.
Fiziki şəxsə məxsus mühərriki olmayan su nəqliyyatı vasitəsinin bazar qiyməti 15000 manatdır. Bu halda həmin su nəqliyyatı vasitəsinə görə 150 manat (15000 manat x 1 %) əmlak vergisi hesablanır. Əmlak vergisinin hesablanması və ödənilməsi. Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin hər kvadratmetrinə görə hesablanır. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, vergiyə cəlb olunmayan 30 kv.metr yaşayış sahələrinin hər birindən çıxılır. AR Mənzil Məcəlləsinin 12-ci maddəsinə əsasən Yaşayış sahəsi - AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır.
Misal.
Gəncə şəhərində iki fiziki şəxsə məxsus sahəsi 250 kv.m olan yaşayış binası var. Fiziki şəxslərin binanın mülkiyyətində hər birinin 50% mülkiyyət payı var. Belə olduqda, əmlak vergisi aşağıdakı kimi hesablanacaqdır: (250 - 30) * 0.3 = 66 AZN Fiziki şəxslərdən hər biri - 66/2 = 33 manat əmlak vergisi ödəyəcəkdir. Qeyd: Əmlak vergisi Gəncə şəhər bələdiyyəsi tərəfindən hesablanacaq. Və bələdiyyə büdcəsinə Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. Bələdiyyə tərəfindən hesablanmış əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə "Tədiyə bildirişi tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. Cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərin əmlak vergisi. Azadolmalar və güzəştlər. Azadolmalar
Güzəştlər
Misal.
Fiziki şəxsin Gəncə şəhərində yerləşən sahəsi 150 kv.metr olan yaşayış evi və xalq musiqi alətlərinin hazırlanması ilə məşğul olduğu sahəsi 35 kv.metr olan emalatxanası vardır. Bu halda emalatxananın sahəsindən vergi hesablanmır. Fiziki şəxsin yaşadığı binanın 150 kv.metr sahəsindən 30 kv.metr çıxıldıqdan sonra qalan sahəyə görə 36 manat ((150 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.
Misal.
Müharibə veteranı adı almış şəxs Sumqayıt şəhərində sahəsi 60 kv.metr olan yaşayış binasını kirayəyə vermişdir. Binanı kirayəyə verdiyi üçün müharibə veteranı güzəşt hüququnu itirir və ona 9 manat ((60 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.
Misal.
Müharibə əlilinin mülkiyyətində Yevlax şəhərində yerləşən və sahəsi 70 kv.metr olan yaşayış binası və sahəsi 80 kv.metr olan kommersiya fəaliyyəti üçün istifadə etdiyi digər binası vardır. Bu halda, yaşayış binasına görə 8 manat ((70 kv.metr – 30 kv.metr) x 0,2 manat) əmlak vergisi verilən güzəştin məbləğindən (30 manatdan) az olduğu üçün əmlak vergisi hesablanmır. Lakin, kommersiya fəaliyyəti üçün istifadə edilən binaya görə isə güzəşt tətbiq edilmədən 16 manat (80 kv.metr x 0,2 manat) əmlak vergisi hesablanır.
Normativ-hüquqi aktlar:
Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait AR Şəhərsalma və Tikinti Məcəlləsi. Maddə: 3.0.11 Yazı sonuncu dəfə 2019-07-06 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.