GəlirlərGəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. Satışdankənar gəlirlər — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri. Qeyd: bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Beləliklə, ümumi gəlir malların (işlərin, xidmətlərin), əsas vəsaitlərin və müəssisənin sair əmlakının təqdim edilməsindən əldə olunan gəlir və satışdankənar gəlirlərin cəmidir. Lakin, aşağıda sadalananlar gəlirə aid edilə bilməz:
Şirkətin bütün gəlirlərini 4 əsas qrupa bölmək olar
Bundan başqa, AR Vergi Məcəlləsinin 66-cı maddəsində, qeyri-qanuni gəlir anlayışı verilibdir: Qeyri-qanuni gəlir - qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-11-07 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.