Aksiz vergisi: Ümumi məlumatAksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur. Aksizli malların üzərinə aksiz markası yapışdırılır. Aksiz markası - aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasıdır. Azərbaycan Respublikasında aksizli mallara aşağıdakılar aid edilir:
Vergi ödəyiciləri
Onu da qeyd edək ki, aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. Vergitutma obyekti
Qeyd edək ki, istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir Vergi tutulan əməliyyatın məbləği Respublika ərazisində istehsal olunan mallar üzrə:
Respublikaya idxal olunan mallar üzrə:
Vergi tutulan əməliyyatın vaxtı Respublika ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt; İdxal edilən mallar üçün - malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt. Aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmişaksizin büdcəyə hesablanması həyata keçirilir.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi, Maddə 13.2.76, 182, 183, 184, 185, 186, 190.1 Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları Yazı sonuncu dəfə 2022-02-06 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.