e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sənədlər: Faktorinq müqaviləsi

Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

"Faкtоr" sözü ingilis dilindən tərcümədə "vasitəçi, dəllal" deməкdir. İqtisadi nöqteyi-nəzərdən bu vasitəçiliк əməliyyatıdır. Faкtоrinq – banкa müştəri-təchizatçı tərəfin­dən ödənilməmiş ödənişlərin, yəni tədarüк edilmiş mala, ye­rinə yetirilmiş işə, göstərilmiş хidmətə görə tələbin və mü­vafiq оlaraq ödənişi əldə etmə hüququnun, müştərinin de­bitоr bоrclarının inкassо edlilməsinin (ödəniş sənədləri üzrə vəsaitin əldə edilməsi) güzəşt edilməsi ilə əlaqədar ко­misyоn-vasitəçiliк fəaliyyətidir. Banк ödənilməmiş ödəniş tələblərinin sahibinə çevrilir və bоrclunun кredit qabiliyyə­ti­nin qabaqcadan yохlanılmasına baхmayaraq, оnların ödə­nil­məmə risкini öz üzərinə götürür.

Müştərilərin mal-material dəyərlilərinə, görülmüş xidmətlərə görə borclarının xidmət olunması əməliyyatlarında faktorinqin iştirakçıları aşağıdakılardan ibarət olur:

  1. Faktorinq əməliyyatlarını təşkil edən kommersiya banklarının faktorinq şöbəsi və ixtisaslaşdırılmış faktorinq şirkəti;
  2. Malgöndərən və ya malsatan;
  3. Malalan.

Faktorinq müqaviləsinin şərtlərinə görə faktorinq təşkilatı malgöndərənin əmlakı olduğu vəsaitin müəyyən hissəsini 70-90 %-ni ödəyir. Qalan hissəni isə alıcıdan aldıqda öz komisyon ödəmələrini çıxmaq şərtilə malgöndərənə ödəyir.

Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər.

Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər.

Faktorinq müqaviləsi yazılı formada bağlanır.

Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.

Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi

Əgər AR Mülki Məcəlləsinin 7-ci paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.

Faktorinq müqaviləsinin iştirakçıları arasında münasibətlərin xüsusiyyətləri

Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir.

Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər.

Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

Əgər borclu başqa şəxsin ödənişi həyata keçirməkdə üstünlük hüququndan xəbərdardırsa, bu Məcəllənin 657.4-cü maddəsinə uyğun ödənişi həyata keçirmək vəzifəsi aradan qalxır.

Borclunu faktora ödəniş nəticəsində borcdan azad edən digər əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin nəticəsi olur ki, həmin ödəniş bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata keçirilir.

Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər.

Mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödənişinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin.

Əgər müştəri faktorinq müqaviləsi əsasında hər hansı tələbi faktora güzəşt edirsə, onda əvvələn, faktor tərəfindən tələbin hər hansı növbəti güzəştinə və ya hər hansı sonrakı tələb alana AR Mülki Məcəlləsinin 657.4 - 657.8-ci maddələri elə tərzdə tətbiq edilir ki, sonrakı tələb alan sanki faktordur, ikincisi isə, növbəti güzəşt haqqında borcluya ünvanlanmış bildiriş həm də faktora ünvanlanmış bildiriş olur.

AR Mülki Məcəlləsinin 7-ci paraqrafının müddəaları faktorinq müqaviləsi ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq edilmir.

"Faktorinq müqaviləsi"-nin nümunəsini yükləmək

Yazı sonuncu dəfə 2024-04-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.