e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq, tikili və avadanlıqların daxil olması,istismara verilməsi və uçotu

Torpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində istifadə edilməsi; və ya
  • digər tərəflərə icarəyə verilməsi; və ya
  • inzibati məqsədlər üçün saxlanılması.

Əsas fondlar – təşkilatların təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan, təşkilat tərəfindən malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

Müəssisəyə Torpaq, tikili və avadanlıqlar aşağıdakı mənbələrdən daxil ola bilər:

  • təsisçilərin pay qoyuluşu şəklində;
  • təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşa(istehsal) edildikdə;
  • digər müəssisə və şəxslərdən pulla alındıqda;
  • başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olduqda;
  • hökümət subsidiyaları hesabına alınması;
  • uzumüddətli icarəyə götürüldükdə;
  • digər aktiv və ya xidmət ilə mübadilə edildikdə.

Torpaq, tikili və avadanlıqlar daxil olan zaman "Təhvil-təslim aktı" tərtib edilir. Quraşdırılması tələb olunan tikili və avadanlıqlar üçün quraşdırmaya gəbul aktı tərtib edilir, bu akta avadanlığın xüsusi sənədləri əlavə edilir. Quraşdırma bitdikdən sonra tikili və avadanlıqlar təhvil-təslim aktı ilə mədaxil olunur.

Daxil olmuş tikili və avadanlıqlar müəssisənin anbarında da qala bilər, istifadə üçün istismara da verilə bilər. Tikili və avadanlıqların istismara verilməsi "Əsas vəsaitlərin istismara verilməsi AKT"-ı ilə sənədləşdirilir.

Uçota gəbul olunmuş tikili və avadanlıqlar üçün inventar kart tərtib edilr.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-10-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.