Məzuniyyət haqqı hesablama vərəqiMəzuniyyət haqqı hesablama vərəqi ciddi hesabat blankı deyil və onun forması müəssisə tərəfindən sərbəst müəyyən edilir. Lakin, ümumi gəbul edilmiş forması vardır. Məzuniyyət haqqı hesablama vərəqi bir nüsxədə tərtib edilir, və onun əsasında mühasib işçiyə məzuniyyət haqqını hesablamalı və ödəməlidir. Məzuniyyət haqqı hesablama vərəqinin üz səhifəsində məzuniyyət təqdim edilən iş dövrü, məzuniyyət günlərinin sayı, və məzuniyyətin ilk günü və son günü qeyd edilir. Hesablama vərəqinin arxa səhifəsində məzuniyyət haqqının hesablanmasında istifadə edilən məlumatlar qeyd edilir. Bu məlumatlara daxildir:
Hesablama vərəqinin üz səhifəsini kadrlar bölməsinin məsul işçisi imzalayır. Arxa tərəfini isə müəssisənin mühasibi. Hesablama vərəqi müəssisədə 5 il saxlanılır.
Misal.
İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin. İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:
Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq. Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 829.23 manat Bir günlük əmək haqqı = 1 829.23 / 30.4 = 60.17 manat Məzuniyyət haqqı = 21 * 60.17 = 1 263.61 manat
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-03 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.