e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesablama vərəqəsi

Hər dəfə əmək haqqı verilərkən müəssisə işçilərə haqq-hesab vərəqələrini təqdim etməlidir (AR ƏM, maddə 173.3).

İşçilərin haqq-hesab vərəqələrində aşağıdakı məlumatlar göstərilir:

  • hesablanmış əmək haqqının ümumi məbləği;
  • əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
  • əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;
  • faktik ödənilən məbləğ;
  • tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

Müəssisədə əmək haqqı işçiinin bank kartına köçürülsədə, işçilərə hesablama vərəqəsi verilməlidir.(AR ƏM, maddə)

Hesablama vərəqəsinin vahid forması yoxdur. Müəssisələr onu müstəgil formada hazırlaya bilərlər. Lakin, hazırlanan hesablama vərəqələrində yuxarıda qeyd edilən məlumatlar olmalıdır.

Hesablama vərəqəsini yükləmək.

Onu da qeyd edək ki, işçilərə hesablama vərəqəsinin onların tələbi ilə verilməməsi əmək qanunvericiliyinin pozuntusu hesab eidlir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə -

vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.