Zəruri rekvizitlərTəsərrüfat əməliyyatlarını xarakterzə edən, sənəddə qeyd olunan və ona hüquqi qüvvə verən göstəricilərə sənədlərin rekvizitləri deyilir. Rekvizitlər (lat. requisitum – tələb olunan, zəruri deməkdir) sənədin etibarlı hesab edilməsi üçün orada mütləq göstərilməli olan məlumatlar. Səndin tərtib olunma məqsədindən asılı olaraq, rekvizitlərin miqdarı və məzmunu, onun əks etdirdiyi əməliyyatın xarakteri, habelə həmin əməliyyatın yerinə yetirildiyi şərait nəzərə alınmaqla müəyyən edilir. Təsərrüfat əməliyyatlarının müxtəlif olmasına baxmayaraq sənədlərin çoxunda bəzi rekvizitlər ümumi olur. İlkin uçot sənədlərində aşağıda göstərilən rekvizitlər mütləq olmalıdır:
AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən ciddi hesabat blanklarında bütün zəruri olan rekvizitlər nəzərdə tutulubdur. Müəssisə tərəfindən müstəqil tərtib edilən digər sənədlərdə yuxarıdakı zəruri olan rekvizitlər olmalıdır. Əməliyyatların xarakterindən və müəssisənin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Əgər sənədin hər-hansı mütləq rekviziti yoxdursa o, özünün sübutedici gücünü itirir və mühasibat uçotunda yazılış aparmaq üçün əsas hesab edilmir. Müssisədə mühasibat uçotunun aparılması üçün kompyuter texnikasının tətbiqi şəraitində sənədlərin rekvizitləri, uçotun avtomatlasdırılmasının tələbatına cavab verən ardıcıllıqla düzülür.
Misal.
Müəssisə ona məxsus istehsal avadanlıqlarının təmiri üçün mütəxəssis (usta) dəvət etmişdir. Usta vergi orqanında uçotda deyil. Sonda usta ilə təmir işlərinin görülməsi ilə bağlı müəssisə tərəfindən "Təhvil-təslim" aktı hazırlanmış və ikitərəfli imzalanmışdır. Lakin, Təhvil-təslim aktında görülmüş təmir işinin məbləği unudulub qeyd edilməmişdir. Nəticədə, müəssisə tərəfindən ustanın hesabına köçürülmüş xidmət haqqı təmir xərcləri kimi müəssisənin xərclərinə aid etmək mümkün olmayacaq.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-12-15 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.