Hesablaşma hesabının bağlanmasıBank hesabı müqaviləsi müştərinin ərizəsi üzrə istənilən vaxt ləğv edilir. Bank hesabı müqaviləsinin ləğvi müştərinin bank hesabının bağlanması üçün əsasdır. Bank hesabı müqaviləsi aşağıdakı hallarda ləğv edilir:
AR Mülki Məcəlləsinə uyğun olaraq bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, bank hesabı müqaviləsi bankın tələbi ilə məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:
Hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür. Hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir. Həmin hesabda saxlanılan pul vəsaitinin hüquqi rejimi AR Mülki və Mülki Prosessual Məcəllələri ilə tənzimlənir. Vəfat etmiş şəxslərin əmanət hesabları üzrə vəsait qalığının hüquqi rejimi AR Mülki Məcəlləsi ilə tənzimlənir. Bank hesabları bağlandıqda, hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər bankda saxlanılır, icra olunmamış icra sənədləri isə aidiyyəti üzrə geri qaytarılır. Dövlət orqanının, bələdiyyənin, hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, həmkarlar ittifaqının ilk təşkilatının, ailə kəndli təsərrüfatının və fərdi sahibkarın bank hesabı bağlandıqda, bu barədə məlumat 3 (üç) iş günü müddətində vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna elektron və ya kağız daşıyıcılarda göndərilir.
Normativ-hüquqi aktlar:
"Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları" Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.